Qadın hicabını açdığı təqdirdə ərinin onu boşamaq haqqı varmı?
Və aleykum Salam. Hicab geyinməmək və ya geyindikdən sonra hicabı açmaq böyük günahlardandır və Cəhənnəm əzabına səbəb olan əməllərdəndir. Hicabı açmaq qərarına gəlməyiniz imanın azalmasından irəli gəlir. İman azaldıqda şeytan insana keçici dünyanı gözəl göstərib, əbədi olan axirət həyatını isə unutdurmağa çalışır. Həmçinin, Allahın razılığını unutdurub, insanları razı salmağa sövq edir. Halbuki Qiyamət günü heç kim heç kimə kömək edə bilməyəcək. Ona görə də, imanınızı artırın və belə vəsvəsələrə fikir verməyin, çünki vəsvəsəyə fikir verdikdə daha da çoxalır.
Kişi həyat yoldaşına görə Allah qarşısında məsuliyyət daşıyır, məhz buna görə hicabı açdığınız təqdirdə sizi boşayacağını deyib. Qadının Allaha asilik olmayan məsələlərdə həyat yoldaşına itaət etməsi vacibdir. Əgər ərin tələbi (hicab bağlamaq əmri kimi) Allahın vacib etdiyi bir əməldirsə, bu zaman qadının üzərinə həm Allahın vacib buyurduğu əməli etmək, həm də ərə itaət etmək kimi iki haqq düşür. Əgər qadın itaət etməsə, ərinin onu boşamağa haqqı çatır. Qarşılıqlı olaraq əgər siz ailənin dağılmasını istəmirsinizsə, həm Allahın əmrini, həm də ərinizin istəyini yerinə yetirin. Bu sizin üçün həm dünyada, həm də Axirətdə ən xeyirli olandır. Həmçinin bu cavabları oxuyun: