Ərimə cavab qaytarmağı necə tərgidə bilərəm?
Sual:
Salam eleykum.size sualim budurki yoldasima ister istemez cavab qaytariram eslinde o meni mecbur edirki ona cavab qaytarim amma onuda biliremki dinimizde qadin erine cavab qaytarmasi gunah sayilir .bunu nece tergize bilerem xais edirem cavablandirasiz
Cavab:
Aleykum salam. Siz daim Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) bu hədisi haqqında fikirləşin: "Qadın beş vaxt namazını qılarsa, Ramazan orucunu tutarsa, özünü haramdan qoruyarsa və ərinə itaət edərsə, Qiyamət günü ona: Cənnətin hansı qapısından istəyirsənsə, ora daxil ol - deyilər...". (İmam Əhməd,1661; əl-Albani hədisə "həsən" demişdir).
Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) bizə qəzəbləndikdə ʺƏuuzu billəəhi minə-ş-şeytani-r-racimʺ deməyi buyurmuşdur. Həmçinin bu məqaləni oxuyun: Qəzəblənmə!
Əsl islam əxlaqına yiyələnmək üçün dini biliklərinizi daim artırın.