"Kişi topuqdan yuxarı geyinməlidir" hədisi varmı?

    22.06.2014
Kimdən: 
Cavid
Sual: 
Bele bir hedis varmiki kişi topuqdan yuxarı geyinmelidir. Eger geyinmezse hemin yerler cehennenmde yanacaq. Varsada sebeb nedir? Birsira insanlar kafirlerden ferqlendirkekcun deyir ama mene bezi meseleler ustubagli qalir. 1-indiki dovrde axi kafirler ele geyinmir(uzun) 2-biz kafirlerden oz emellerimize gore ferqlenmeliyik yoxsa geyimikize? Teşekkürler :)
Cavab: 

Aleykum salam. Bu barədə bir çox səhih hədislər var:
İbni Ömərin (Allah onlardan razı olsun) rəvayət etdiyi hədisdə peyğəmbər (sallallahu aleyhi va səlləm) deyir: “Kim paltarını təkəbbürlük edərək yer ilə sürüyərsə qiyamət günü Allah ona baxmayacaq". (Buxari, 5783, Muslim, 2085).
Peyğəmbər (ona və ailəsinə Allahaın salavatı və salamı olsun) buyurur: “Suleym ibn Cabir əl-Huceymi demişdir: “Mən Peyğəmbərin salləllahu aleyhi və səlləm yanına gəldim. O, bir paltarın içində dizlərini qatlayıb baldır­larını bir-birinə keçirərək oturmuşdu. Paltarın ətəyi onun ayaqlarının üstün­­də idi. Mən dedim: “Ey Allahın Elçisi! Mənə nəsihət et!” Peyğəmbər salləllahu aleyhi və səlləm dedi: “Allahdan qorx, yaxşı işləri heç vaxt dəyərsiz hesab etmə, hətta su istəyən kimsənin qabına öz qabından su töksən belə və yaxud gülərüzlü halda qardaşınla söhbət etsən belə. Paltarının ətəyini (topuqdan aşağı) uzatmaqdan çəkin. Çünki bu, təkəbbürlükdəndir və Allah bunu sevmir. Əgər bir adam səndə olan nöqsanı bilib sənə eyib tutarsa, sən onda olan nöqsanı bildiyin halda ona eyib tutma. Burax onu, qoy günahı öz boynuna olsun, savab isə sənə qalsın. Onu söymə!” Mən o vaxtdan bəri nə bir heyvanı, nə də bir insanı söymədim”. (əl-Buxari “Ədəbul-Mufrad” 1182). Digər rəvayətdə isə buyurur: “Paltarın topuqdan aşa­ğı düşən hissəsinə (görə bu topuqlar) Cəhənnəm odunda yanacaqdır". (əl-Buxari, 5787). 
Özünü kafirlərə oxşatmaqla bağlı isə Allah Rəsulu (salallahu aleyhi və səlləm) buyurmuşdur: "Kim özünü bir qövmə (xalqa, millətə) oxşadarsa, o da onlardandır". (Əbu Davud, 4033).

Teqlər: 
Paylaş: