Yaxşılıq etdikdə Allah onun əvəzini verirmi?

    22.06.2014
Kimdən: 
Baxış
Sual: 
Salam her hansısa bir insana ferqi yoxdur böyük balaca pul veyaxutaher hansısısa bir yaxşılıq etikde onun qarşılıxını Allah verirmi ve nec
Cavab: 

Aleykum salam. Uca Allah hər bir edilən yaxşılığın əvəzini mütləq verəcək: "O gün (Qiyamət günü) insanlar əməllərinin onlara göstərilməsi üçün dəstə-dəstə gələcəklər. Zərrə qədər yaxşılıq edən əvəzini alacaqdır. Zərrə qədər pislik edən də əvəzini alacaqdır". (əz-Zəlzələ, 6-8).
"Yaxşılığın əvəzi ancaq yaxşılıqdır". (ər-Rahmən, 60).
"Əgər yaxşılıq etsəniz, özünüzə yaxşılıq etmisiniz və əgər pislik etsəniz, özünüzə aiddir". (əl-İsra, 7)
.
Yaxşılıq imanın bir hissədir. İnsanın başqalarına münasibətdə göstərdiyi xeyirxahlıq da yaxşılıqdan sayılır. Qurani Kərimdə Uca Allah öz bəndələrinə müraciətlə buyurur: "Həqiqətən, Allah ədalətli olmağı, yaxşılıq etməyi, qohumlara (haqqını) verməyi buyurur, zina etməyi, pis işlər görməyi və zülm etməyi isə qadağan edir...". (ən-Nəhl, 90).
"Həqiqətən, Allah zərrə qədər də olsa zülm etməz. Əgər qulun gördüyü iş yaxşı əməl olarsa, Allah bunu artırar və Öz tərəfindən böyük mükafat verər". (ən-Nisa, 40).

"...Allah sənə yaxşılıq etdiyi kimi, sən də yaxşılıq et...". (əl-Qasas, 77).
Uca Allah buyurur: "Kim yaxşı bir iş görərsə, ona həmin işin on qat əvəzi (savabı) verilər. Kim pis bir iş görərsə, ona həmin işin misli qədər cəza verilər. Onlara haqsızlıq edilməz". (əl-Ənam, 160).
"Namaz qılın, zəkat verin! Özünüzdən ötrü əvvəlcə etdiyiniz xeyir, yaxşı əməllərin əvəzini Allah yanında taparsınız. Həqiqətən, Allah nə etdiklərinizi görəndir!" (əl-Bəqərə, 110).
"...Hər kəs könüllü olaraq yaxşı bir iş görərsə, Allah onun etdiyi yaxşı işdən razı qalıb əvəzini verib o əməli biləndir". (əl-Bəqərə, 158).

"Ya Rəsulum! Onların mallarından sədəqə al. Bununla onları günahlarından təmizləmiş, pak etmiş, mallarına bərəkət vermiş, əməllərinin savabını artırmış olarsan...". (ət-Tövbə, 103).

Paylaş: