Ərim xaricdə olduğu üçün baldızım gedib anasına baxarsa, buna görə bizə günah yazılırmı?

    23.09.2025
Sual: 
Salamaleykum.yoldaşımın valideynləri tək qalırlar,beləki olarnan qalan oğul dünyasını dəyişib.biz də ayrı evdə yaşayırıq.yoldaşım özü vətəndə deyil. Qalmağa imkanı olan,başqasının evində qalan boşanmış baldızım gedib qalmır ki oğulun və onun ailəsinin boynundadıvə və əyər o gedib valideynlərinin yanında qalsa qardaş və qardaşoğlu Allahın qəzəbinə gələrlər.mən öz evimdə olara baxmaqdan imtina etmirəm, amma olar gəlib qalmırlar.oların deməyinə görə ya biz gedib olarda qalmalıyıq, ya mənim qızım. Qızım da gedib qalmaq istəmir ki mən öz anama baxmaq istəyirəm,çünki mənim də fiziki cəhətdən köməyə ehtiyacım var.bizə günahdımı gedib orda qalmırıqsa?baldızım gedib qalsa mənim ailəmçin günahdırmı?
Cavab: 

Və aleykum Salam. Əgər valideynlər xidmətə ehtiyac duysalar, onların bütün övladlarına – istər oğlan olsun, istər qız – bu xidməti göstərmək vacibdir. Əgər yoldaşınız xaricdədirsə və baldızınız ailəli deyilsə, bu halda onun üzərinə valideynlərin yanında qalmaq daha vacibdir. Əgər ana qadın tərəfindən xidmətə möhtacdırsa, buna ən münasib olan onun qızlarıdır. Onlar başqalarından, yəni gəlindən və ya nəvədən daha haqlıdır ki, bu vəzifəni boyunlarına götürsünlər. Həmçinin baldızınızın gedib öz anasının yanında qalması ilə sizə heç bir günah yoxdur. 

Teqlər: 
Paylaş: