Ad günündə hədiyyə olaraq verilən pulu sədəqə vermək olarmı?
Sual:
Salam. Ad günündə hədiyyə olaraq pul verilibdi. Bu pulu istifadə etməyəcəm. Qəbul etmək olmaz deyə bilirəm. Sədəqə vermək istəyirəm. Quran kursu var. Orda imkanı çatmayan şəxslərin ödənişini etmək olur. Bu pulu sədəqə verəcəm onsuzda. Həmin Quran kursuna versəm olar? Yoxsa düzgün sayılmaz?
Cavab:
Və aleykum Salam. Əslində insan belə bir münasibətlə təqdim edilən hədiyyələri qəbul etməməlidir. Çünki qəbul etmək həmin ad gününü təsdiqləmək deməkdir. Amma əgər hədiyyə verən israr edərsə və rədd edilərkən inciklik və ya fitnə olmasından ehtiyat edərsə, bu halda hədiyyəni qəbul edə bilər. Lakin hədiyyə verənə izah etməlidir ki, bunu qəbul etməsi bidət olan ad gününə görə deyil, sadəcə qohumluq, dostluq və məhəbbət naminədir. O ki qaldı ad günündə verilən hədiyyələrdən istifadə etməyə, bunda heç bir qəbahət yoxdur. Xüsusən də əgər fəsadın qarşısını almaq üçün qəbul edilibsə, onlardan həm istifadə etmək, həm də Quran kursuna sədəqə vermək icazəlidir.