Quranın surələrini qoruyan "xuddəmləri" çağırıb onlarla dostluq etmək olarmı?
Sual:
Salam aleykum, Allah Qurani-Kərimin hər bir surəsinə hüddam yeni xadim, qoruyucu verib. Bunları çağırmaq, dost olmaq üçündə bəzi riyazət əməlləri etmək Qurani-Kərimdə olan bəzi duaları ayələri, müəyyən miqdarda oxumaq lazımdır. Bunlari etmək gunahdirmi? Və Onları çağırdıqda insana zərər verməməsi üçün nələr etmək, hansı əməlləri etmək lazımdır?
Cavab:
Və aleykum Salam. Əvvəla bunu qeyd edək ki, Uca Allah Quranın bütün surələrini və ayələrini Özü qoruyur, bunu hansısa mələklərə və ya "xuddəmlərə" həvalə etməmişdir. Uca Allah bu xüsusda buyurur: "Şübhəsiz ki, Zikri Biz nazil etdik, əlbəttə, Biz də onu qoruyacağıq". (əl-Hicr, 9). Bu barədə ətraflı oxuyun:
O ki qaldı hansısa məxluqları çağırmaq, onlarla dost olmaq və ya bunun üçün hansısa əməlləri etmək, duaları və ya ayələri oxumaq bütün bunlar xurafatdır və bidət əməllərdir. Hər bir bidət isə zəlalətdir və Cəhənnəmə aparır. Ətraflı oxuyun: