Nəzir etdiyim orucu tuta bilməsəm, namazla əvəz edə bilərəmmi?
Sual:
oğlum sağalsın deyə niyət etdim 3 gün oruc tutum indidə gün uzun olduğundan tuta bilmirəm.3gün oruc tutmağın yerinə namaz qıla bilərəm və necə rükət
Cavab:
Salam aleykum. Oruc tutmağa niyyət edən insan orucu tuta bilmədikdə, imkanı varsa kəffarə olaraq nəzir etdiyi günün sayı qədər kasıbların qarnını doyuzdurmalı və yaxud könüllü şəkildə onun əvəzinə kimsə orucu tutmaldır və ya kəffarəsini verməlidir. Allah qarşısında nəzir və ya niyyət qismində verilən sözün imkan daxilində yerinə yetirilməsi nəzirin əsas şərtlərindəndir. Bu fikir mötəbər islam alimlərinin Quran və Sünnəyə (peyğəmbərin yolu) uyğun olaraq gəldiyi qənaətdir.