Qadın məhkəmə yolu ilə boşandıqdan sonra nə qədər iddə müddəti gözləməlidir?
Sual:
Salam, kisi mehkumluq heyati yasayirsa,(3 ilden artiqdir ki aralarinda yaxinliq olmayib) ve mehkeme yolu ile bosaniblar, qadinin idde muddeti nece ay olacaq? ve ya idde muddetine ehtiyac yoxdur. Tesekkur edirem.
Cavab:
Və aleykum Salam. Məhkəmə yolu boşanma iki halda olur. Birinci: kişi məhkəmədə iştirak edir və ya iştirak etməsə də boşanmaq üçün məhkəməyə özü ərizə verir və yaxud gəlməsə də boşanmaya razılıq verir. Bu halda dini nikah da pozulmuş sayılır və kişi boşanmaya razılıq verdiyi vaxtdan artıq qadın iddə müddətini gözləməyə başlayaır.
İkinci hal: kişi boşanmağa razı olmadığı halda qadın boşanma ərizəsi verir və kişinin razılığı olmadan nikah məhkəmə tərəfindən pozulur. Bu halda dini nikah pozulmuş sayılmır. Ətraflı bu cavabları oxuyun:
Dövlət nikahının pozulması şəriətə görə boşanma sayılırmı?
Dövlət nikahının pozulması şəriətə görə boşanma sayılırmı?