Dəmir üzüyün icazəli olmasına dəlil varmı?

    03.12.2025
Sual: 
Salan aleykum va rahmatullah.Kisiye qizilin haram oldugu bellidir. Bezi elm ehli gumuşden başqa uzuk taxmagi icazeli gormur. Meselen paslanmaz polad ve ya. Diger bujiterya uzuk taxmaqa sunnede ve ya hansi revayetde qadaga gelib?
Cavab: 

Və aleykum Salam. Kişilərə və qadınlara dəmir üzüyün qadağan olması barədə heç bir dəlil yoxdur. Əksinə bu hədis dəmir üzüyün icazəli olmasına dəlalət edir. Mueyqib (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) üzüyü dəmirdən idi, onun üzərinə gümüş sarınmışdı. Bəzən o üzük mənim əlimdə olurdu”. Muəyqib Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) üzüyünə cavabdeh şəxs idi. (Əbu Davud, 473). Həmçinin oxuyun:

Paylaş: