İçki içən insanın pulu ilə kəsilən əqiq qurbanı səhih sayılırmı?

    29.12.2025
Sual: 
Salamaleykum.içən adamın kəsdiyi qurban, əqiqə qəbul olurmu? Mən və uşaqlarım Allahın Əmrlərinə əməl eliyirik namaz, hicab, oruc, sədəqə və sair.Yoldaşım içki içir,ancaq səqə verir,ramazanda oruc tutur, bizə də heç vaxtı dinə əməl eləməyimizə mane olmuyub. Əqiqə kəsmişik onun qazancından, mənə deyirlər ki onun kəsdiyi əqiqə və qurban sayılmır çünki içki içir. Bu doğrudurmu?
Cavab: 

Və aleykum Salam. İçki içmək böyük günah olsa da insanı dindən çıxarmır. Xüsusən də əgər insan sədəqə verir, Ramazanda oruc tutursa, demək ki bu insanda iman var. Əgər onun qazancı halal qazancdırsa, onun pulu ilə kəsilən əqiq qurbanı səhih sayılır. Həmçinin oxuyun:

Atamı necə başa salım ki, içki içməsin?

Paylaş: