Xristiana İsanın peyğəmbər olmasını necə sübut etmək olar?
Və aleykum Salam. İsanın Allahın qulu və elçisi olmasını anlamağa əslində bir az düşünmək kifayət edir. Uca Allah Quranda əqli dəlil gətirərək buyurur: "Məryəm oğlu Məsih ancaq bir elçidir, ondan əvvəl də elçilər gəlib getmişlər. Onun anası isə Allaha (sidq) ürəkdən inanan bir qadın idi. Hər ikisi də yemək yeyərdi. Bax gör ayələrimizi onlara necə bəyan edirik, sonra da, gör onlar (haqdan) necə üz çevirirlər" (əl-Maidə, 75). İbn Kəsir bu ayənin təfsirində deyir: "Uca Allah buyurur: “Hər ikisi də yemək yeyərdi”, yəni hər ikisi yemək yeməyə, sonra isə yediklərini xaric etməyə ehtiyac duyurdular və hər ikisi digər insanlar kimi qul idilər. Cahil xaçpərəst təriqətlərinin iddia etdikləri kimi, ilah deyildilər".
Xaçpərəstlərin öz kitablarında da İsanın (ona salam olsun) Allahın qulu və elçisi olması barədə kifayət qədər ayələr var. Bu ayələrin bəziləri bunlardır:
Allah buyurur: "Sən (İsa) Mənim şahidimsən, səni qul olaraq seçmişəm ki, məni tanıyasan, mənə inanasan və mənim Allah olduğumu biləsən. Məndən əvvəl heç bir haqq İlah olmayıb, Məndən sonra da olmayacaq”. (İsaiah 43:10).
Allah buyurur: "Mən Əvvələm, Mən Axıram. Məndən başqa haqq İlah yoxdur". (İsaiah 44:6).
Allah buyurur: “Allah tək mənəm. Mən Allaham və Mənim tayım bərabərim yoxdur". (İsaiah 46:9).
Allah buyurur: “Tək bir Allah var və Allahla insan arasında bir Peyğəmbər, bəşər olan İsa Məsih var”. (1 Tim. 2:5).
Həmçinin oxuyun: