İnsanın taleyini Allahın yazması və qisməti xeyirə doğru dəyişmək
Aleykum salam. Ümumiyyətlə qədər mövzusu islamda ən ağır mövzulardan biri hesab olunur. Siz sadəcə qəbul etməlisiniz ki, Uca Allah sizi yaradıb və o Özü belə istəyib. Amma Allahdan başqa heç kim bilmir ki, sonunda bizim aqibətimiz necə olacaq. Hər halda Allah Təala bizə ixtiyar verib və öz əməllərimizi öz istəyimizlə edirik, bizi heç kim məcbur etmir. Buna görə də məsuliyyət daşıyırıq və sorğu-sual olunacağıq. Bu səbəbdən aqibətimizin yaxşı olmasına çalışmalıyıq. Ona görə bu cü mövzulara çox yaxın durmayıb, əməllərimizdə düz, Allah və Rəsulunun istədiyi kimi olmağa səy göstərmək lazımdır. Belə etsək bu bizim üçün xeyirdir. Həmçinin səhih bir hədisdə Peyğəmbər (salləllahu aleyhi və səlləm) deyib ki, "Üç mövzu vardır ki, onlar barədə söhbət düşdükdə susun. Onlar -- Səhabələrim, ulduzlar və qədər mövzusudur". (əl-Buxari).
Peyğəmbər (salləllahu aleyhi və səlləm) səhabələrə (radıyəllahu anhum) Uca Allahın kimin cənnətə və kimin də cəhənnəmə düşəcəyini yazdığını xəbər verdikdə, səhabələr (radıyəllahu anhum) ona: "Onda Allaha təvəkkül edib əməli tərk edək?" - dedilər. Peyğəmbər (salləllahu aleyhi və səlləm) isə onlara: "Xeyr, əməl edin. Çünki hər kəs özü üçün təqdir olunanı etməyə müyəssər olacaq" - buyurdu. Həmçinin oxuyun:
Qədərə iman
Qədəri bəhanə gətirənlərə cavab