Dua edib Allaha təvəkkül etmək doğrudurmu?

    09.04.2026
Sual: 
Bilirəmki duada səbəb tutmaq lazımdır . Məsələn insan Allahdan ruzi istəyirsə gedib işləmədir. Deyirlər ki Səbəb tutmadan Allaha təvəkkül edən allahın hikmətinə tənə vurmuş olur bu düzdürmü ? Mən işləmirəm tələbəyəm pulumu qənaətlə xərcləyirəm. Və dua edirəm ki Allahım bu Ramazan ümrəyə getməyi mənə nəsib et. Sadəcə təvəkkül edirəm ki Allah istəsə gedəcəm . Pulum zadım da yoxdur . İnanaraq dua edirəm və təvəkkül edirəmki rəbbim nəsib edəcək. Düz edirəm ? Başa salarduz bu məsələni. Yəni mən sadəcə dua edib təvəkkül edirəm. Bu məsələdə səbəblərdən tuta bilmirəm . Düz edirəm belə ??
Cavab: 

Əssələmu aleykum. İslamda təvəkkül səbəbləri tərk etmək deyil, səbəblərlə birlikdə qəlbin Allaha bağlanmasıdır. Alimlər bildirmişlər ki, kim səbəbləri tam tərk edib yalnız "təvəkkül edirəm" deyərsə, bu naqis təvəkkül sayılır. Çünki Allah bu dünyanı səbəblər üzərində qurmuş və bizə də onlardan istifadə etməyi əmr etmişdir. Bir kişi Peyğəmbərdən (ona və ailəsinə Allahın salavatı və salamı olsun) soruşdu: "Ey Allahın Elçisi! Dəvəmi bağlayım, yoxsa Allaha təvəkkül edim?" Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: "Dəvəni bağla, sonra təvəkkül et" (İbn Hibban, 731; əl-Hakim, 6661). Yəni əvvəl səbəbləri etmək, sonra Allaha təvəkkül etmək lazımdır. Amma bəzi hallarda insanın əlində səbəb olmaya bilər və bu zaman səmimi dua və təvəkkül tam doğrudur. Sizin halınızda tələbə olmağınız və imkanınızın olmaması üzrlü haldır və bu vəziyyətdə dua etməyiniz çox gözəldir. Lakin imkan daxilində kiçik də olsa səbəb axtarmaq (yığmaq, plan qurmaq, fürsət izləmək) daha kamil təvəkküldür. Ümrə kimi ibadəti arzulamaq və bunun üçün dua etmək çox savablı niyyətdir və ümrə edə bilməsəz belə, Allah buna görə sizə savab yazar. Odur ki dua edib sonra Allaha təvəkkül etməyiniz doğrudur, çünki dua etmək özü də səbəblərdən biridir. Həmçinin oxuyun:

Teqlər: 
Paylaş: