Oruclu halda səfərə çıxmaq orucu pozurmu?

    26.06.2014
Kimdən: 
eldeniz
Sual: 
Oruclu iken sefere cixmaq orucu pozarmi
Cavab: 

Aleykum salam. Səfərə çıxmaq orucu pozmur. Orucu pozan amillərlə bağlı daha ətraflı Ramazan orucu məqaləsini oxuya bilərsiniz. Sadəcə səfərdə olan kəs istərsə oruc tutar, istərsə də orucunu aça bilər. Şəriətə görə orucu açmaq daha yaxşıdır. Bunun səbəbi Peyğəmbərin (salləllahu aleyhi və səlləm) kəlamıdır: "Səfərdə ikən oruc tutmaq təqvadan (Allah qorxusu) deyil". (Səhih əl-Buxari).
Həmçinin bildirmişdir: "Allah Təala verdiyi rüxsətlərin (icazələrin) qəbul edilməsini sevər, necə ki, Ona asi olmağı sevməz". (İmam Əhməd).
Əgər oruc tutmaq həmin insan üçün çətin deyilsə, oruc tutana günah yoxdur. Əgər oruc tutmaq onun üçün çətindirsə, bu halda onun oruc tutması məkruhdur (bəyənilmir). 
Həmçinin səfərdən döndükdən sonra buraxdığı günlərin sayı qədər oruc tutmalıdır: "Sizlərdən xəstə və ya səfərdə olanlar başqa günlərdə eyni sayda (oruc tutmalıdırlar). Buna taqəti olmayanlar isə (buraxdığı hər gününün əvəzinə) bir kasıbı yedirtməklə fidyə verməlidirlər". (əl-Bəqərə, 184).
 

Teqlər: 
Paylaş: