Dörd məzhəb və digərləri necə meydana gəlib?

    28.06.2014
Kimdən: 
Mikayil
Sual: 
Salam aleykum va rahmatullah. Allah rizasi uchun sizden artiq derecede xahiw edirem ki, mene xususi olaraq bu dord mezhebin (Abu Hanifa, Wafii, Maliki, Ahmad ibni Hanbali) ve umumi olaraq diger mezheblerin nece yaranmasi, meydana gelmesi baresinde izahli bir wekilde melumat versesiz. Chunki menim uchun chox vacibdir. Eger imkandirsa linke perevod etmeyin... Chox sag olun. Minnetdaram. Allah Sizden Razi Olsun!
Cavab: 

Aleykum-s-sələm va rahmatullahi va bərakətuhu. Məhəmməd peyğəmbərin (salləllahu aleyhi və səlləm) dövründə müsəlmanlar arasında birlik və həmrəylik hökm sürürdü. Hansısa məsələ ətrafında ixtilaf yarandığı zaman peyğəmbərə müraciət olunar, onun verdiyi qərar əsas götürülər və bununla da, ixtilafların yaranmasının və böyüməsinin qarşısı alınardı. Raşidi xəlifələr, səhabə və tabiinlərin (səhabələrdən sonra gələn əməlisaleh nəsil) dövründə də etiqad və şəriət məsələlərilə bağlı mübahisə yarandıqda onlara müraciət olunar, hər kəsi qane edən cavablar alınar və müsəlmanlar arasında ixtilafa yol verilməzdi. Sonrakı dövrlərdə səhabələr və ardıcılları dünyalarını dəyişdikdən sonra müsəlmanlar onları maraqlandıran suallara münasibət bildirmək üçün şəriətə dərindən bələd olan müctəhid və alimlərə müraciət edirdilər. Onlar da müsəlmanları düşündürən məsələləri dərindən öyrənər və lazımi cavab verirdilər. Beləliklə, həmin alimlərin etiqad və şəriət məsələlərinə dair fikirləri insanlar arasında yayılmağa başladı və hicri təqviminin birinci əsrinin sonlarından İslam dünyasında dini-hüquqi məktəblər yarandı. "Hənəfi", "Maliki", "Şafei" və "Hənbəli" adları alimlərin adı ilə bağlıdır. Bu məzhəblər arasında islamın əsaslarında heç bir ixtilaf yoxdur. İxtilaf yalnız bəzi ikinci dərəcəli şəriət məsələlərindəki hökmlərlə bağlıdır.  

Ümumən isə İslamda məzhəb təəssübkeşliyi, bir məzhəbin tərəfini saxlamaq yoxdur. Çünki, bu alimlər özləri demişdirlər ki, əgər sizə Peyğəmbərin (salləllahu aleyhi və səlləm) elə bir sözü gəlib çatsa ki, bizim dediyimizlə ziddiyət təşkil edir, bizim sözümüzü kənara qoyub Peyğəmbərin sözünü götürün. Onlar deyib ki, hədis səhihdirsə, bu bizim məzhəbimizdir. Əks təqdirdə bu bizim sözümüzdür və hər bir adəm övladı kimi bizdə xəta edə bilərik. Həmin alimlərin dövründə səhih hədislər hələ tam toplanmamışdı. Ona gördə də indiki dövrdə müsəlmanlar alimlərin sözü ilə ziddiyət təşkil edən hədisləri gördükdə  alimin sözünü yox, hədisi əsas götürməlidirlər.

Bütün məzhəblərin yaranması siyasi səbəblər, xəlifə seçilməsi ilə bağlı fikir ayrılığı, bidətlərin (dinə gətirilən yeniliklər) yayılması və s. amillər nəticəsində olmuşdur. Ən doğru məzhəb isə Allah Rəsulunun (salləllahu aleyhi və səlləm) yoluna tabe olmaq və yeniliklərdən çəkinməkdir. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı salamı olsun) demişdir: "Ümmətim yetmiş üç firqəyə bölünəcəkdir. Birindən başqa, hamısı cəhənnəmə daxil olacaqdır". Orada olanlar: "Ey Allahın elçisi onlar kimlərdir?" – deyə soruşdular. Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: "Onlar, mənim və səhabələrimin tutduqları yolu tutanlardır". (İmam Əhməd və ət-Tirmizi).
Uca Allah buyurur: "Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və firqələrə bölünüb bir-birinizdən ayrılmayın!" (Ali-İmran, 103).

Paylaş: