Cümə günü niyə hicri deyil, miladi təqvimə görə götürülür?

    11.04.2026
Kimdən: 
Famil
Sual: 
Əssəlamu əleykum. Allah yardımçınız olsun. Cümə günləri hicri aylarının cümələri deyil, miladi aylarının cümələri götürülməsi səbəbini bilmək olarmı?
Cavab: 

Və aleykum Salam. Həftənin günləri həm hicri, həm də miladi təqvimlə eynidir. Həftənin yeddi günü (şənbədən cüməyə qədər) Peyğəmbərin ﷺ dövründə də eyni qaydada məlum idi və bu günə qədər dəyişmədən davam etmişdir. Lakin onların adları hər xalqa görə müxtəlif adlarla adlandırılmışdır.

Paylaş: