Uşaqlıqda edilən səhvlərə görə günah yazılırmı?
Sual:
salam aleykum. bilmek isteyirem usaqliqda edilen sefler gunah sayilir
Cavab:
Aleykum salam. Həddi-büluğa çatmamış uşağa etdiyi xətalara görə günah yazılmır. Ömər ibn əl-Xattab rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə demişdir: "Üç şəxsin üzərindən qələm qaldırılıb (onlara günah yazılmır): Həddi-büluğa çatmamış uşaq, ruhi xəstə və yuxuda olan şəxs...". (Sunən Əbu Davud, "Hudud", 17 - 12/50, №: 4391; İrva əl-Ğalil, 2/4, №: 297).