Xəstəlikdən şəfa tapmaq üçün niyyət edilən qurbanın pulunu dərmanlara vermək olarmı?
Sual:
Salam aleykum.Menim atam dialez xestesidi evveler bilmirdik sadece ureyi agriyirdi boyreyinden problem oldugunu bilmirdik bacim dedi sagalsin qurban niyyet etdi onsuzda bu sagalan xestelik deyilki omur boyu onunladi dimeyin odur ki qurban kestirmeseq qurbaninin pulunu dermanlara verseq gunah sayilar mi?
Cavab:
Aleykum salam. Şəriətdə isə hər hansı bir şərtin müqabilində Allah üçün bir əməl edəcəyinə nəzir demək bəyənilmir. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) bunu "paxılın nəziri" adlandırmışdır. Amma hətta bu şəkildə nəzir edilərsə belə, mütləqdir ki, Uca Allah qarşısında nəzir və ya niyyət qismində verilən söz yerinə yetirilsin. Həmçinin qeyd edək ki, islamda Allaha yaxınlaşdıran ibadətlərlə də (məsələn oruc, namaz, həcc, ümrə və.s buna bənzər əməllərlə) nəzir etmək olar.