Uca Allah heyvanları Adəmi yaratmazdan əvvəl yaradıb, yoxsa sonra?

    19.05.2026
Sual: 
Salam aleykum. ALLAH sizə bərəkət versin .ALLAH insanları əvəl yaradıb yoxsa heyvanları? Onu bilirəm ki insandan əvvəl ,mələklər və cinlər olub .ALLAH bir ayədə deyirki ,Mən insaları etdiyləri günahları üzündən dərhal cəzalaındırsaydım ,yer üzündə birdənədə canlı qalmazdı.Bu ona dəlil olar ki ,canlılar insandan sonra,yaranıb.(insanlar üçün)
Cavab: 

Və aleykum Salam. Hədislərdən görünən budur ki, Uca Allah heyvanları insandan əvvəl yaratmışdır. Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət edilən bir hədisdə Allah Elçisi (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Uca Allah torpağı şənbə günü yaratdı. Dağları bazar günü yaratdı. Ağacları bazar ertəsi yaratdı. Xoşagəlməz və çətin şeyləri çərşənbə axşamı yaratdı. Nuru çərşənbə günü yaratdı. Yer üzünə canlıları cümə axşamı yaydı. Adəmi isə cümə günü əsrdən sonra — yaradılışın sonunda, cümə gününün son saatlarında, əsrlə gecə arasındakı vaxtda yaratdı" (Muslim, 2789). Həmçinin oxuyun:

Paylaş: