Doğuşdan sonra əlil qalan müsəlman xanımla evlənməyin şəriətdə hökmü nədir?
Və aleykum Salam va Rahmətullahi va Bərakətuhu. Bəli, belə müsəlman xanımla evlənmək olar və bunda şəriət baxımından heç bir problem yoxdur. Əksinə, əgər qadın dininə, əxlaqına və iffətinə bağlı biridirsə, bu çox böyük nemətdir. İnsanın fiziki qüsuru və ya əlilliyi onun Allah qatındakı dəyərini azaltmır. Dəyər iman və təqva ilə ölçülür. Peyğəmbər ﷺ din və əxlaq sahibi olan qadınla evlənməyi tövsiyə etmişdir. Peyğəmbər ﷺ demişdir: "Dörd şeyə görə qadınla evlənməyə dəyər: var-dövlətinə görə, əsil-nəsəbinə görə, gözəlliyinə görə və bir də dininə görə. Çalış dindar olanı seçəsən, yoxsa yazıq olarsan". (əl-Buxari, 5090). Əgər siz onunla ailə qurmağa qadir olduğunuzu, məsuliyyət daşıya biləcəyinizi və onun haqqını qoruyacağınızı düşünürsünüzsə, Allahdan xeyir istəyərək bu addımı ata bilərsiniz. Həmçinin oxuyun: