"Sizlərdən kim qurban kəsmək istəyərsə, zilhiccə hilalını görəndən qurbanını kəsənə qədər saçından və dırnağından götürməsin" hədisi səhihdirmi?
Sual:
Salam. Bu hədis doğrudur ?
Peyğəmbər ﷺ buyurub:
«Sizlərdən kim qurban kəsmək istəyərsə, zilhiccə hilalını görəndən qurbanını kəsənə qədər saçından və dırnağından götürməsin».
Cavab:
Və aleykum Salam. Bəli sualda qeyd etdiyiniz hədis səhihdir. Hədisi Muslim "Səhih" əsərində 1977 saylı hədisdə qeyd etmişdir.
Ummu Sələmə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər ﷺ buyurmuşdur: "Qurban kəsmək istəyən hər kəs Zülhiccə hilalını görərsə, saçına və dırnaqlarına toxunmasın (yəni onları kəsməsin)!" Başqa rəvayətdə isə belə gəlmişdir: "Saçından və dərisindən heç bir şey götürməsin!" Həmçinin oxuyun: