Əlinin "Aşiq olduqda sədəqə verin, sevgidirsə sizə çatacaq, sınaqdırsa bitəcək" sözü səhihdirmi?

    20.05.2026
Sual: 
Salam.Hz Elinin bir sozu var ki ashiq olanda sedeqe verin,sevgidirse size catacaq,sinaqdirsa bitecek,men aylardi sedeqe verirem,ne bitmir ne mene catmir,bu soz sehihdirmi? Eger bitmirse demek qismetimdi gozlemeliyem? Allahdan cox istemisem qismetim deyilse mene unutdursun,amma unutmamisam,sebr ile gozlemeliyemmi?
Cavab: 

Və aleykum Salam. Bu sözün Əli ibn Əbu Talibə (Allah ondan razı olsun) nisbət olunması barədə məlumatımız yoxdur. Sədəqə vermək böyük ibadətdir, lakin bir insanın aşiq olarkən qismətini müəyyən etmək məqsədilə sədəqə verməsi doğru deyil. Mömin bir şeyi çox istədikdə Allaha dua edər, istixarə edər (istixarə namazı qılar) və əgər xeyirlidirsə, Allahın onu asanlaşdıracağını ümid edər. Bəzən insan bir şeyi çox sevər, amma Allah onun üçün daha xeyirli olanı seçər və sevdiyini ondan uzaqlaşdırar. Uca Allah bu xüsusda buyurur: "Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə bunu bilmirsiniz". (əl-Bəqərə, 216). Mömin hər halda Rəbbinin seçiminə razı olmalıdır. Həmçinin oxuyun:

Paylaş: