Qətl günü nə vaxt girir və bu gündə toy etmək haqda

    28.06.2014
Kimdən: 
cavid quliyev
Sual: 
salam aleykum qetil ne vaxt girir biz toy etmek isteyrik ona gore qetilin girmeyini bilmek isteyrem komek etseniz sevinerem evvelceden cox sagolun
Cavab: 

Aleykum salam. Qətl günü dedikdə Hüseynin (Allah ondan razı olsun) və onun silahdaşlarının qətlə yetirildiyi günü nəzərdə tutursunuzsa, həmin gün hər il hicri təqvimi ilə Məhərrəm ayının 10-na təsadüf edir. O ki, qaldı o gün toy etməməyə, hansısa günlərin və ya ayların toy edib etməməklə heç bir əlaqəsi yoxdur. İslamda hansısa ayda toyun edilməməsi ilə bağlı qadağa gəlməmişdir. Bu kimi inanclar batil, xurafat yönlü fikirlər olub, dinimizə sonradan gətirilən bidətlərdir (yeniliklər).

Teqlər: 
Paylaş: