Ərin arvadının maaşını onun razılığı olmadan mənimsəyərsə qadının haqqına girmiş sayılırmı?
Sual:
Ailədə ər arvadın razılığı olmadan onun əmək haqqını 21 il mənimsəyərsə bu qul haqına girermi
Cavab:
Və aleykum Salam. Şəriətdə qadının malı, qazancı və maaşı onun öz mülküdür və heç kəs — hətta əri belə — onun razılığı olmadan onu götürə bilməz. Əgər ər həyat yoldaşının maaşını onun razılığı olmadan götürür və öz nəzarətində saxlayırsa, bu qadının haqqına girmək sayılır. Uca Allah buyurur: "Ey iman gətirənlər! Qarşılıqlı razılıqla aparılan ticarət müstəsna olmaqla, mallarınızı öz aranızda haqsız yerə yeməyin və özünüzü öldürməyin. Həqiqətən, Allah sizə qarşı rəhmlidir" (ən-Nisa, 29). Həmçinin oxuyun: