Qonaqların içki içdiyi ailə məclisində eyni süfrədə oturmağım günahdırmı və buna görə nə etməliyəm?
Sual:
Salam menim bir sualım olacaqdi qardaşımın ad günüdü mecbur hamımız bir stola oturduq ailevi ama gelen qonaqlar araq içirdiler,men namaz qiliram namaz qilan insanin içki masasında oturması günahdi bildiyim qeder içmese bele.Sizce men gunah qazanmis oluram yenede? eger gunahdisa bunun bagislanmasi ucun ne ede bilerem?
Cavab:
Və aleykum Salam. Allahın haram etdiyi içkinin içildiyi məclisdə oturmaq düzgün deyil və mömin belə məclislərdən uzaq durmağa çalışmalıdır. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə demişdir: "Kim Allaha və axirət gününə inanırsa, içki içilən süfrədə (məclisdə) oturmasın". (İmam Əhməd 1/20; əl-Beyhəqi 7/366). Belə bir məclisdə oturan səmimi tövbə etməli, Allahdan bağışlanma diləməli və gələcəkdə belə məclislərdə iştirak etməməyə qərar verməlidir. Uca Allah tövbələri qəbul edir və Ona səmimi şəkildə yönələn bəndəsini bağışlayır. Həmçinin oxuyun: