Qadın ev işlərini çatdırmırsa, ərindən imkan daxilində evə köməkçi tutmasını istəyə bilərmi?
Sual:
Qadın ev işlərini çatdıra bilmirsə ərindən imkanı olduğu təqdirdə evinə köməkçi kimi kimisə çağırmasını istəyə bilər?
Cavab:
Əssələmu aleykum. Bəli, qadın ev işlərini çatdırmaqda çətinlik çəkirsə və ərinin maddi imkanı varsa, ərindən ev işlərində ona kömək edəcək bir şəxsi tutmasını istəyə bilər. Xüsusilə əgər qadının xəstəliyi, çoxlu uşaqlarının olması, hamiləlik, iş və ya ev işlərinin həddindən artıq çoxluğu kimi səbəblər varsa, buna daha çox ehtiyacı olur. Lakin ər bunu mütləq etmək məcburiyyətində deyil. Ər imkanlıdırsa və həyat yoldaşı, həqiqətən, çətinlik çəkirsə, ərinin ona köməkçi tutması həyat yoldaşına qarşı gözəl rəftarı və yaxşılıq sayılır. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Sizin ən xeyirliniz ailəsi üçün ən xeyirli olanınızdır. Mən də ailəm üçün sizin ən xeyirlinizəm" (ət-Tirmizi, 3895). Həmçinin oxuyun: