Musiqisi və ritmi tamamilə çıxarılmış mahnının yalnız sözlərinə qulaq asmaq olarmı?
Sual:
Mahnının ritmini kəsərək sadacə sözlərin oxunuşu dinləmək olarmı mahnı haram olduğunu bilirəm sadacə belə etmək düzgündürmü ? Qulaq asmaq icazəlidir arxadakı ritm kəsilir sadacə sözləri qoyulur.?
Cavab:
Əssələmu aleykum. Əgər mahnının musiqi alətlərindən və ritmindən tamamilə təmizlənmiş, yalnız sözləri qalan variantına qulaq asmaqdan danışırsınızsa, burada hökm artıq həmin sözlərin məzmununa və oxunuş tərzinə bağlıdır. Əgər sözlər öz-özlüyündə haram məzmun daşımırsa və oxunuş da şəhvəti və ya haramı təşviq edən tərzdə deyilsə, musiqi və ritm aradan qaldırıldığı halda qulaq asmaq musiqiyə qulaq asmaq sayılmır. Amma sözlərin özündə haram ifadələr, əxlaqsızlıq, şirk, günaha çağırış və s. varsa, musiqini çıxarmaqla həmin məzmun halal olmur. Həmçinin musiqi tam çıxarılmayıbsa və zəif də olsa ritm, musiqi aləti və ya musiqiyə xas səs effektləri qalırsa, bu qadağandır. Həmçinin oxuyun: