Bodibildinqlə məşğul olmaq olarmı?

    28.06.2014
Kimdən: 
F7
Sual: 
Salamaleykum rehmetullahi ve berekatuh.size bir sualim var bodibuldiqle mesgul olmaq gunahdir?
Cavab: 

Və aleykumus-Sələm va rahmətulahi va bərakətuhu. Bəli, bodibuldinqlə məşğul olmaq olar, amma özünü nümayiş etdirmək üçün səhnələrə və ya yarış meydançalarına çıxmaq olmaz. Həmçinin bu idman növü ilə məşğul olarkən həddi aşmaq lazım deyil. Yəni, həddindən artıq məşq edərək bədəni şişirtmək və özünü yükləyərək bədəni gücə salıb, cana əziyyət, zülm edərək təhlükəyə atmaq olmaz. Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə buyurub: "Üç şey vardır ki, onları özündə cəm edən şəxs, imanı özündə cəm etmiş olar: özünə qarşı insafla rəftar etmək, hər kəsə salam vermək və kasıb ola-ola malından başqalarına xərcləmək". (İbn Həcər: "Fəthul-Bəri" 1/82.).
Uca Allah buyurur: "...öz əllərinizlə özünüzü təhlükəyə atmayın. Yaxşılıq edin! Həqiqətən, Allah yaxşılıq edənləri sevir". (əl-Bəqərə, 195).

Paylaş: