Şiə nə deməkdir?

    29.06.2014
Sual: 
Salam aleykum. size sualım budurki şie ne demekdir? insanların çoxusu nie şie olur? şie sonradan dine gelmiş bidetdir? bu haqda yazardız ve şieler nie en çox Elini imam Hüseyni Fatime zehranı sevirler Eli imam Huseyn şie olub bu haqda yazardız.
Cavab: 

Aleykum salam. Peyğəmbərin və səhabələrin dövründə heç bir məzhəb olmayıb. Əli, Hüseyn, Fatimə (Allah onlardan razı olsun) -- heç biri şiə olmayıb. Uca Allah buyurur: "Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın!" (Ali İmran, 103).
"Allah tərəfindən açıq-aydın dəlillər gəldikdən sonra, bir-birindən ayrılan və ixtilaf törədən şəxslər kimi olmayın! Onlar böyük bir əzaba düçar olacaqlar". (Ali İmran, 105).

Daha ətraflı: Şiə və sünni nədir və bunların hansı düzgündür?

Paylaş: