Oruclu ikən idman etmək və çimmək
Sual:
Salam qardashlar.
Men seherler durub idman edir, bir xeyli mesafeni qaciram. Elbet ki qacish zamani su icirem. Hem de eve qayidib cimirem. Sualim budur ki, bu seher idmanim zamani su icmek problemimi nece cozmeyimi meslehet bilersiniz? Ve ikinci sualim ise odur ki, oruc olarken cimmek meqbuldur mu ?
Cavab:
Aleykum salam. Birinci sualda oruclu olarkən idman etməyi nəzərdə tutursunuzsa, günün uzun və havanın isti olmasını nəzərə alın. Dözə biləcəksinizsə, idman edin, əks halda Ramazan ayı müddətində fasilə verin. Oruclu ikən çimmək və ya başı suya tam olaraq salmaq orucu batil etmir. Çünki şəriətdə orucu pozan amillər sırasında qeyd etdiyiniz hal göstərilməyib. Orucu pozan amillərlə bağlı daha ətraflı "Ramazan orucu" məqaləsini oxuya bilərsiniz.