Əgər oruc qəza edilərsə, onun əvəzinə 60 gün tutmaq lazımdır?

    30.06.2014
Sual: 
Salam aleykum.Eger oruc qeza edilerse hemin gunun evezine 60 gun oruc tutulmalidirmi?
Cavab: 

Aleykum salam. Əgər oruc qəsdən pozularsa, həmin günün əvəzinə bir gün qəzasını tutmaq və o əməldən tövbə etmək lazımdır. Əgər oruc cinsi əlaqə yolu ilə pozulubsa, bu zaman həmin günün əvəzinə 60 gün ara vermədən kəffarə olaraq qəzasını tutmaq lazımdır. Buna gücü çatmayan isə 60 kasıbı yedizdirməlidir.
Rəvayət edilir ki, Əbu Hureyra (Allah ondan razı olsun) belə demişdir: "(Bir dəfə) biz Peyğəmbərin (salləllahu aleyhi və səlləm) ya­nın­da oturmuşduq. Birdən bir nəfər gəlib dedi: "Ya Rəsulullah, həlak ol­dum". Peyğəmbər (salləllahu aleyhi və səlləm) soruşdu: "Nə olub sənə?" Dedi: "(Ramazanda) oruclu ikən zöv­cəm­lə cinsi əlaqəyə girmişəm". (Peyğəmbər- salləllahu aleyhi və səlləm) soruşdu: "Kölə azad edə bilərsənmi?" O: "Xeyr!" - dedi. (Peyğəmbər - salləllahu aleyhi və səlləm) soruşdu: "İki ay ardıcıl oruc tuta bi­lər­sənmi?" O: "Xeyr!" - dedi. (Peyğəmbər - salləllahu aleyhi və səlləm) soruşdu: "ltmış kasıbı yedirdə bi­lərsənmi?" O: "Xeyr! - dedi. Bundan sonra Peyğəmbər (salləllahu aleyhi və səlləm) bir qədər susdu. Bu əsnada Peyğəmbərə (salləllahu aleyhi və səlləm) bir zənbil xurma gətirdilər. (Peyğəmbər - salləllahu aleyhi və səlləm) soruşdu: "Sual verən adam hara­da­dır?" Adam: "Mən (buradayam)" - dedi. (Peyğəmbər - salləllahu aleyhi və səlləm - zənbili ona tərəf uza­dıb) bu­yur­du: "Götür bunu, (öz adından) sədəqə ver!" Adam dedi: "Mən­dən də kasıb ola­namı sədəqə verim, ya Rəsulullah? Vallahi ki, Mədinənin bu iki daş-kəsəkli sa­hə­si arasında mənim ailəmdən daha kasıb ailə yoxdur". Pey­ğəm­bər (salləllahu aleyhi və səlləm) dişləri gö­rünənədək güldü, sonra dedi: "Elə isə bunu ailənə yedirt!" (əl-Buxari, 1936).

Teqlər: 
Paylaş: