Ramazan ayının niyyət gecəsində nə deyilməlidir?

    30.06.2014
Sual: 
ramazan ayramazan ayinin niyyetinde ne deyilmelidir?inin niyyet gecesinde ne deyilir?
Cavab: 

Aleykum salam. Niyyət etmək, daxilən bir şeyə qəti qərar vermək, bir işi nə üçün gördüyünü qətiyyətlə bilmək deməkdir. Peyğəmbərimiz Məhəmməd (sallallahu aleyhi va səlləm) demişdir: "Əməllər niyyətlərə görədir və hər kəsin niyyət etdiyi bir əməl vardır...". (Buxari və Muslim).
Dinimizə görə niyyətin yeri qəlbdir, bunu dil ilə tələffüz etmək isə dində yenilikdir. Peyğəmbərin (sallallahu aleyhi va səlləm) Ramazana bir gün qalmış həmin günün gecəsi dil ilə niyyət etdiyi bildirilməmişdir. Səhabələr (Allah onlardan razı olsun) və onların ardıcıllarının (Allah onlara rəhmət eləsin) da belə bir şey etməyiblər. Digər bir hədisdə Allah Rəsulu belə buyurur: "Kim bizim bu işimizə (dinimizə) müvafiq olmayan bir əməl əlavə edərsə, onun etdiyi əməl qəbul olunmayıb, rədd olunar". (Buxari və Müslim)

Teqlər: 
Paylaş: