Səhhətim pisləşərsə, oruc tutmaya bilərəmmi?

    30.06.2014
Kimdən: 
Rustem
Sual: 
Salam menim cekim normadan azdir ve 1-2 defe olub ki gunduz yemeyi yememisem saqlamligim pislesib men oruc tuta bileremmi?sadece onu dusunuremki yene saqlamligim pisleser yarimciq qalar orucum
Cavab: 

Aleykum salam. Vaxtında sahura (oruc tutmaq üçün səhər yeməyi) qalxıb, imkan daxlində qüvvətli yeməklərdən yeyin. Əgər yenə də səhhətiniz pisləşərsə, onda növbəti Ramazana qədər vaxt baxımından qısa günlər olan aylarda (məsələn, qış aylarında) qəzasını tutun. Əgər bu da mümkün olmazsa, onda kəffarə olaraq imkan varsa, hər günün əvəzinə bir nəfəri doyurun. Uca Allah buyurur: "(Oruc tutmaq) sayı müəyyən olan (bir ay) günlərdir. (Bu günlərdə) sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar. Oruc tutmağa taqəti olmayanlar isə (hər günün əvəzində) bir yoxsulu doyduracaq qədər fidyə verməlidirlər. Hər kəs könüllü xeyir iş görərsə, bu onun üçün daha yaxşı olar. Bilsəniz oruc tutmaq sizin üçün nə qədər xeyirlidir!" (əl-Bəqərə, 184).

Teqlər: 
Paylaş: