Orucun mahiyyəti nədir və oruc tutub susuzluğa dözməyəndə nə etmək lazımdır?

    05.07.2014
Sual: 
oruc tutub susuzluğa doze bilmeyende ne etmek lazimdir
Cavab: 

1)  Orucla bağlı bu məqaləni oxuyun: Ramazan ayının orucu
Oruc sırf Allahın əmri olduğu üçün tutulan bir ibadət olmaqla yanaşı fərd və topluma yönəlik bir çox faydası olan bir ibadətdir. Orucun əsas faydaları bunlardır:

  • Oruc şəxsi şükrə yönəldir.
  • Oruc pisliklərdən qoruyur. 
  • Oruc nəfsi tərbiyə edir, ruhu sakitləşdirir. 
  • Oruc səbr və iradə gücü qazandırır. 
  • Oruc əxlaqı gözəlləşdirir. 
  • Oruc sağlamlığı qoruyur. 

2) Susuzluğa dözməyəndə orucu açmaq olmaz. Bunun üçün istirahət edin, dincəlin, yatın, Quran oxuyun, zikr edin və ya səbr edərək orucun əvəzolunmaz böyük savabını Uca Allahdan gözləyin. Uca Allah buyurur: "Ey iman gətirənlər! Səbr və dua ilə (namazla Allahdan) kömək diləyin. Çünki Allah səbr edənlərlədir (onların dostudur)". (əl-Bəqərə, 153).
Hədisdə bildirilir ki, oruc tutan şəxs iki halda sevinir: bir bu dünyada - iftar edərkən, bir də axirətdə - Rəbbi ilə görüşərkən əməlinin qarşılığını alanda.
Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurur: "Kim, Ramazan ayını iman və ihtisabla (savab qazanmaq üçün) oruc tutarsa onun keçmiş günahları bağışlanar. Kim, Ramazan ayını iman və ihtisabla (savab qazanmaq üçün) ibadət edərsə onun keçmiş günahları bağışlanar. Kim, Qədr Gecəsini iman və ihtisabla (savab qazanmaq üçün) ibadət edərsə onun keçmiş günahları bağışlanar". (əl-Buxari).
Yenə səhih hədislərin birində peyğəmbər belə buyurmuşdur: "Allah Təalə buyurur: Adəm övladının etdiyi hər bir əməl onun özü üçündür. Hər bir yaxşı əmələ onun on qatından yeddi yüzə qədər savab yazılır. Yalnız orucdan başqa. Oruc Mənim üçün tutulur və onun cavabını da Mən Özüm verəcəyəm. Bəndə (oruc tutmaqla) şəhvətini, yeməyini və içməyini Mənə görə tərk edir. Oruc tutan iki halda: orucunu açdıqda və Rəbbi ilə qarşılaşdıqda, - sevinir. Oruc tutan adamın ağzından gələn qoxu Allah qatında müşk ətrinin iyindən daha yaxşıdır".

Teqlər: 
Paylaş: