Keçən ildən qalan qəza oruclarını tutmadan bu ilki Ramazan orucunu tuta bilərəmmi?
Aleykum salam. Bəli, tuta bilərsiniz. Əslində qəza orucları bir Ramazandan digər növbəti Ramazana qədər tutulmalıdır. Əgər heç bir üzürlü səbəb olmadan bu ərəfələrdə qəza orucları tutulmayıbsa, onda həmin əmələ görə Uca Allaha tövbə və istiğfar (bağışlanma diləmək) etmək və imkan daxilində tutmadğınız günlərin sayı qədər əməlinizin kəffarəsi olaraq bir kasıbın qarnını doyurmaq lazımdır. Uca Allah buyurur: "(Oruc tutmaq) sayı müəyyən olan (bir ay) günlərdir. (Bu günlərdə) sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar. Oruc tutmağa taqəti olmayanlar isə (hər günün əvəzində) bir yoxsulu doyduracaq qədər fidyə verməlidirlər. Hər kəs könüllü xeyir iş görərsə, bu onun üçün daha yaxşı olar. Bilsəniz oruc tutmaq sizin üçün nə qədər xeyirlidir!" (əl Bəqərə, 184).
Həmçinin islam alimləri deyirlər ki, əgər həmin şəxs səhlənkarlıq üzündən orucun qəzasını tutmayıbsa, onda hazırda daxil olan Ramazan ayının orucunu tutduqdan sonra, keçən il Ramazandan qalan orucların qəzasını tutmaqla yanaşı əməlinin kəffarəsi kimi (cərimə) əlavə olaraq tutmadığı günlərin sayı qədər bir kasıbın qarnını doyuzdurmalıdır.