Aşura orucu tutmaq müstəhəbdirmi?
Sual:
Salam aleykum. Ashura orucunu tutmaq mustehebdir?
Cavab:
Aleykum salam. Aşura günü hər il hicri təqvimi ilə Məhərrəm ayının onuncu gününə təsadüf edir. Rəsulullah (salləllahu aleyhi və səlləm) "Aşura günü orucunun əvvəlki ilin günahlarına kəffarə olacağını ümid edirəm" buyuraraq (ət-Tirmizi), bu gündə oruc tutmağı tövsiyə etmişdir. Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) dövründə Yəhudilər yalnız Məhərrəm ayının 10-cu günündə oruc tutduqlarından, onların davranışlarına bənzəməməsi üçün əvvəlinə və ya sonuna bir gün əlavə edilərək tutulması uyğundur.