Oruc, sahur və niyyətlə bağlı suallar

    03.07.2014
Kimdən: 
Gunel
Sual: 
Salam zehmet olmasa cavablandirardiz, men ilk gunu mueyyen seneblerden oruc tuta bilmedim, niyyet axsami niyyet ede bilmedim, novbeti gunlerin orucunu tuta bilerem? Tutmadigimin qezasini tutmaliyam? Bir de sahura durmadan oruc tutmaq olar? Yeni axsamdan niyyet edib yeyib yatmaq olar? Deyirler bele de olar . Seher ancaq durub namaz qilmaq, bir de seher namazdan qabaq durub yememek yeni. Her gun ayri bir niyyet olmalidi yoxsa tekrar niyyetler olar?tesekkur edirem evvelceden
Cavab: 

Aleykum salam.
1) Bəli, növbəti günün oruclarını tuta bilərsiniz və tutmadığınız günlərin qəzasını inşallah Ramazandan sonra tutarsınız. Uca Allah buyurur: "Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, pis əməllərdən çəkinəsiniz! Müəyyən sayda olan günləri (oruc tutmalısınız). Sizlərdən xəstə və ya səfərdə olanlar başqa günlərdə eyni sayda (oruc tutmalıdırlar). Buna taqəti olmayanlar isə (buraxdığı hər gününün əvəzinə) bir kasıbı yedirtməklə fidyə verməlidirlər. Kim könüllü olaraq yaxşılıq etsə, bu onun üçün daha xeyirli olar. Biləsiniz ki, sizə oruc tutmaq daha xeyirlidir". (əl-Bəqərə, 183-184).
2) Sahura (oruc üçün səhər yeməyi) durmadan oruc tutmaq olar. Amma sahura durmağınız savab və bərəkət baxımından daha xeyirlidir. Çünki Allah Rəsulu (salləllahu aleyhi va səlləm) buyurub ki, sahura durun, həqiqətən sahurda sizin üçün bərəkət vardır. (əl-Buxari).
3) Niyyət etmək, daxilən bir şeyə qəti qərar vermək, bir işi nə üçün gördüyünü qətiyyətlə bilmək deməkdir. Peyğəmbərimiz (salləllahu aleyhi va səlləm) demişdir: "Həqiqətən bütün əməllər niyyətlərə görədir və hər kəsin niyyət etdiyi bir əməl vardır...". (əl-Buxari, 1).
Dinimizə görə niyyətin yeri qəlbdir, bunu dil ilə tələffüz etmək isə dində yenilikdir. Peyğəmbərin (salləllahu aleyhi va səlləm) axşamdan sahur üçün dil ilə niyyət etdiyi bildirilməmişdir. Səhabələr (Allah onlardan razı olsun) və onların ardıcılları (Allah onlara rəhmət eləsin) da belə bir şey etməyiblər. Digər bir hədisdə Allah Rəsulu (salləllahu aleyhi və səlləm) belə buyurur: "Kim bizim bu işimizə (dinimizə) müvafiq olmayan bir əməl əlavə edərsə, onun etdiyi əməl qəbul olunmayıb, rədd olunar". (əl-Buxari, 2697; Muslim, 1718).

Teqlər: 
Paylaş: