Oruc zamanı dərman qəbul etmək olarmı?

    05.07.2014
Kimdən: 
Niko
Sual: 
Salam eleykum.Menim medemde qizarti var.Ac olanda yangi vermeye baslayir.Ona gore gun erzinde gerek nese yeyim. Amma indi muqeddes aydir, ehd elemisem bir nece gun de olsa oruc tutacağam inşallah.Medem problem yaratmasa sona kimi tutmaq niyyetim var Allahın köməkliyi ilə. Sualim beledir, medemde güclü ağrı başladığı zaman gun erzinde birce defe mede sakitlesdirici 4-5 qramliq olan dermani ice bileremmi? Eger orucumu batil edirse dozeceyem ne olur olsun. Cox isteyirem oruc tutum.cavaba gore tesekkur edirem.
Cavab: 

Aleykum salam. Oruc zamanı boğazdan içəri heç nə qəbul etmək olmaz, çünki belə etmək orucu pozur. İftardan sonra dərman atmaq və ya oruc vaxtı o dərmanı əvəzləyici iynələr varsa, vurdura bilərsiniz (qidalandırıcı iynələr vurmaq olmaz). Əgər yenə də səhhətiniz pisləşərsə, onda növbəti Ramazana qədər vaxt baxımından qısa günlər olan aylarda (məsələn, qış aylarında) qəzasını tutun. Əgər bu da mümkün olmazsa, onda kəffarə olaraq imkan varsa, hər günün əvəzinə bir nəfəri doyurun. Uca Allah buyurur: "Oruc tutmağa taqəti olmayanlar isə (hər günün əvəzində) bir yoxsulu doyduracaq qədər fidyə verməlidirlər". (əl-Bəqərə, 184).

Teqlər: 
Paylaş: