Sevgi günahdırmı?

    24.12.2013
Sual: 
Salam aleykum. Sevmek gunahdir? Sevmek sevilmek?
Cavab: 

Aleykum salam. Burada halal və haram məsələsi vardır. Uca Allah kişi və qadına ailə qurmağı, bir-birini sevməyi halal buyurmuş və bu işə xeyir-bərəkət vermişdir. Uca Allah buyurur: "Ünsiyyətdə rahatlıq tapasınız deyə, sizin üçün özünüzdən zövcələr yaratması, aranızda sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda düşünənlər üçün ibrətlər vardır". (ər-Rum, 21).
Həmçinin, hədislərdən məlumdur ki, Uca Allah, evlənmək istəyib özünü zinadan qoruyan insana zamin durur. Haram olan sevgi isə evlənmək niyyəti ilə olmayan, şeytanın insana vəsvəsə etdiyi xülyalardır. Bu cür sevgi insanı zinaya, dünya rüsvayçılığına və axirət əzabına aparır. Müasir dövrdə "azad sevgi" adı altında təbliğ edilən sevgi budur. Bu fikirləri bizim İslam adət-ənənəsi ilə tərbiyə olunan cəmiyyətə yeritmək istəyənlər özləri bədbəxt olduqları kimi bizi də rəzilliyə sürükləmək istəyirlər.

Paylaş: