Mən sahura dura bilməmişəm, oruc tuta bilərəmmi?
Sual:
Salam. Men seher sahura oyana bilməmişəm. Oyandığımda artıq gün çıxmışdı. Oruc tuta bilərəmmi ?
Cavab:
Aleykum salam. Bəli, sahura (oruc üçün səhər yeməyi) durmadan oruc tutmaq olar. Amma sahura durmağınız savab və bərəkət baxımından daha xeyirlidir. Çünki Allah Rəsulu (salləllahu aleyhi və səlləm) buyurub ki: "Sahura durun, həqiqətən sahurda sizin üçün bərəkət vardır". (Səhih əl-Buxari).