Allah İŞİD-i niyə cəzalandırmır?

    10.07.2014
Kimdən: 
Baxış
Sual: 
SAlam İŞİD terorr quruplaşması necebir tehlükeli bir terroruclar olduxunu bilirik bir nece hefte budan qabaq İŞİD bele bir söz dediki eyer İraqı ele kecirsek ALLAha andolsun ki Kebeni patladacağıq bu ne demekdir yeni bunlar buqedermi ALLAhdan qorxmur bu mümkündür ALLAhın en böyük evinin darmadaxın etmek bunların meqsedi nedir vehasnı dine idayet edein niye ve neye göre öldürmek isdeyirler mene catmayan bir şey var ki buboyda günahsız insanlar öldürülür vehşicesine amma ALLAH hec birşeyetmir niye xaiş edirem mene bu haqda melumat vererdiniz
Cavab: 

Aleykum salam. Əvvəlcə qeyd edək ki, hal-hazırda heç yerdə cihad yoxdur: İŞİD haqqında fikirləniz nədir? İraqda cihad varmı?
Həmçinin bilmək lazımdır ki, "(Allah) gördüyü işlər barəsində sorğu-sual olunmaz; onlar (bütün bəndələr) isə (tutduqları əməllərə görə) sorğu-sual ediləcəklər". (əl-Ənbiyə, 23).
Uca Allah buyurur: "Başınıza gələn hər bir müsibət öz əllərinizlə qazandığınız günahlar üzündəndir. Allah günahların çoxunu bağışlayır". (əş-Şura, 30).
Hal-hazırda müsəlmanların başlarına gələnlər onların öz günahları - Uca Allahdan layiqincə qorxmamaq, onun əmr və qadağalarını yerinə yetirməmək, namazı tərk etmək, dünyaya bağlanmaq, şəhvətə uymaq və s. əməllərinə görədir. Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm), səhabələrin (Allah onlardan razı olsun) və tabiinlərin (Allah onlara rəhmət etsin) dövründə müsəlmanlar dünyada ən güclü idilər, çünki onlar əsl mömin idilər. Uca Allah möminlərə kömək edəcəyini Qurani Kərimdə bizə bildirmişdir: "Acizlik göstərməyin və kədərlənməyin. Möminsinizsə, üstün olacaqsınız". (Ali İmran, 139).
Möminlərə kömək etmək Bizə vacibdir!" (ər-Rum, 47).

Bir zaman Peyğəmbər (salləllahu aleyhi və səlləm) Abdullah ibn Abbasa (Allah onlardan razı olsun) belə nəsihət et­mişdir: "Allahın dinini qoru ki, Allah da səni qorusun! Allahın dinini qo­ru ki, Allahı hər zaman yanında görəsən".
Ömər ibn Xəttab (Allah ondan razı olsun) belə demişdir: "Biz, Allahın, İslam dini sa­yə­sində ucalt­dığı bir ümmətik. Nə vaxt İslamdan başqa bir vasitə ilə ucal­mağa can ata­cağıq, Allah bizi zəlil edəcək".

 

Paylaş: