İftar açarkən su ilə açmaq lazımdır, yoxsa xurma ilə?

    11.07.2014
Sual: 
Salam aleykum. İftari nece achmaq lazimdir? Xurma ile, yoxsa su ile...?
Cavab: 

Aleykum salam.  Salman ibn Amir əd-Dabbidən (Allah ondan razı olsun) rəvayət edildiyinə görə peyğəmbərimiz belə buyurub: “Sizin hər hansı biriniz iftar etmək istədiyi vaxt orucunu xurma ilə açsın. Xurma tapmasa, su ilə iftar etsin. Su təmizdir”. (Əbu Davud, Tirmizi və İbn Macəh).
Ənəs (radıyallahu anhu) belə nəql edir: "Peyğəmbər məğrib (axşam namazı) namazından (namazı qılmamışdan) əvvəl bir neçə təzə xurma ilə orucunu açardı. Əgər təzə xurma tapmasa, quru bir xurma ilə iftar edərdi. Quru xurma da tapmasa, bir neçə qurtum su içib iftar edərdi". (Əbu Davud və Tirmizi).
Burada bir məsələyə fikir vermək lazımdır ki, orucu mütləq xurma ilə açmaq lazım deyil. Bu, sadəcə olaraq bir tövsiyədir.

Teqlər: 
Paylaş: