Hansı meyvələr haramdır və donuz əti niyə haram buyurulub?

    11.07.2014
Sual: 
salam ALeykum hansi meyveler haramdi?ve donuz ETI NITE HARAMDI BUsuala cavab versesde vermesezde ALLAH sizden razi olsun
Cavab: 

Aleykum salam.
1) Şəriətdə xüsusi olaraq hansısa bir meyvə haram buyurulmayıb. Sadəcə zərərlilərini bir kənara qoyub insan orqanizimi üçün yararlı olanlarını yeyin! Uca Allah buyurur: "Ey insanlar! Yer üzündəki qidaların təmiz, halal olanlarını yeyin...". (əl-Bəqərə, 168).
Allahın kitabında, yaxud Peyğəmbərin (sallallahu aleyhi və səlləm) dili ilə haram olması buyurulan qidalardan başqa heç bir qida haram deyil. Allahın haram etmədiyi hər hansı qidanın haram olmasını demək Allaha qarşı iftiradır. Uca Allah buyurur: "De: "Allahın sizə ruzi olaraq (göydən) nə endirdiyini gördünüzmü ki, onun bir qismini haram, bir qismini isə halal etdiniz?" De: "(Bunu deməyə) Allah Özü sizə izin verdi, yoxsa Allaha iftira yaxırsınız?" Allaha iftira yaxanların qiyamət günü barəsindəki zənləri nədən ibarətdir? Onlara əzab verilməyəcəyinimi güman edirlər?...". (Yunus, 59-60).
Digər ayədə isə belə buyurur: "Diliniz (bizə belə əmr edildi deyə) yalana vərdiş etdiyi üçün (dəlilsiz-sübutsuz): "Bu halaldır,o haramdır!" - deməyin, çünki (bununla) Allaha iftira yaxmış olursunuz. Allaha iftira yaxanlar (axirət əzabından) nicat tapmazlar! (Onlar üçün dünyada) az bir mənfəət vardır, (axirətdə isə) onları şiddətli bir əzab gözləyir!" (ən-Nəhl, 116-117).
2) Cavabı buradan oxuyun: Donuz əti niyə haramdır?
 

Paylaş: