Qaynımın yanında hicabla, lakin qısaqol köynəkdə və boyunuaçıq gəzə bilərəmmi?

    11.07.2014
Sual: 
salam.menim evde qaynim var.men hicabliyam.onun yaninda ortunmem vacibdir bilirem.lakin bele bir sualim var.mene cox isti olur men onun yaninda qisa qolu olan koynekde ve bogazi aciq lakin bas sine bagli veziyyetde sadece bogazi aciq ve qisa qolda geze bilerem?
Cavab: 
Aleykum salam. Naməhrəmlərin yanında qolları və boynu açıq gəzmək olmaz. Allah rizası üçün səbr edin və mükafatını Uca Allahdan istəyin. Allaha bunu sizə asanlaşdırması üçün dua edin. Düşünün ki, Cəhənnəmin istisi bu dünyanın istisindən qat-qat çoxdur. Həmçinin, çalışın qaynınız evdə olan vaxt çox gözə görsənməyin, bu müddətdə faydalı işlərlə, məsələn kitab oxumaqla məşğul olun. Allah sizə yardım etsin və sizin üçün asanlaşdırsın!
Teqlər: 
Paylaş: