Əl ilə salamlaşmaq düzgündürmü?
Sual:
salam. El ile salam vermek duzgundurmu? umumiyyetle ne mena verir , El ile salamlasmaq ?
Cavab:
Aleykum salam. Allah Rəsulu (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "İki müsəlman qarşılaşarkən əl ilə görüşsə (və bir-birinə dua etsə), bir-birindən ayrılmadan günahları bağışlanar". (Sunən Əbu Davud "Ədəb", 143).
Ənəs (radıyəllahu anhu) nəql edir: "Bir adam: "Ey Allahın Rəsulu! Qardaşımız və ya dostumuzla rastlaşarkən hörmət əlaməti olaraq onların qarşısında əyilməklə salam vermək düzgündür?" - deyə sual verdi. Peyğəmbərimiz: "Xeyr!" - deyə cavab verdi. Həmin adam: "Bəs, əl ilə görüşə bilərikmi?" - dedi. Peyğəmbərimiz: "Bəli, əl ilə görüşə bilərsiniz", - deyə təsdiq etdi". (Sunən ət-Tirmizi "İstizan", 31).
Aişə (radıyəllahu anhə) xəbər edir: "Zeyd ibn Harisə (radıyəllahu anhu) Mədinəyə gəlmişdi. O əsnada Peyğəmbərimiz bizdə idi. Zeyd birbaşa bizə – Rəsulullahın hüzuruna gəlib qapını döydü. Peyğəmbərimiz onu qarşıladı və qucaqlayıb öpdü". (Sunən ət-Tirmizi "İstizan", 32).
Həmçininin qeyd edək ki, naməhrəm qadın və kişinin bir-biriylə əl ilə salamlaşması və öpüşüb görüşməsi haramdır.