Orucun qəzası və televizora baxmaq haqda

    12.07.2014
Sual: 
Salam aleykum. Men bezi sebeblerden dolayi 2gun oruc tuta bilirem 1 gun ise yox. Yeni fasileli tutmaga mecbur qaliram. Amma in she Allah Ramazandan sonra qezalarmi tamamlayacam. Sualim budu ki qezalarmi tutsam bele,yene de her gunun evezine 1 kasib doyuzdurmaliyam? Eger doyuzdurmaliyamsa o zaman teqribi 1 kasib ucun ne qeder pul edir? Ve bir de eshitmishem ki bele bir hedis var ki gun gelecek evinizde iki buynuzlu sheytan oturacaq. Bele bir hedis dogurdandami var? Hansiki hemin iki buynuzlu sheytan Televizordu. Eger varsa menbesile hemin hedisi yaza bilersinizmi? Allah razi olsun.
Cavab: 

Və aleykum Salam.
1) Oruc tutmadığınız günlərin qəzalarını tutmaq iqtidarında olan adam kəffarə verə bilməz. Ona görə də sizə qəza oruclarını tutmaq kifayət edir. Kəffarə verməyinizə isə ehtiyac qalmır. Kəffarə yalnız o insanın boynuna düşür ki, o insan xəstəliyinə görə heç vaxt oruc tuta bilməyəcəyinə əmindir. Uca Allah buyurur: "Sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar. Oruc tutmağa taqəti olmayanlar isə (hər günün əvəzində) bir yoxsulu doyduracaq qədər fidyə verməlidirlər" (əl-Bəqərə, 184)
2) Qeyd etdiyiniz hədis haqda heç bir məlumatımız yoxdur. Televizor, radio, internet və s. xeyirli məqsədlər üçün (məsələn elmi artırmaq, xeyirli işləri təbliğ etmək, insanları vacib şeylər haqda xəbərdar etmək və s.) istifadə edildikdə halal, günah işlər üçün istifadə edildikdə (məsələn, harama baxmaq, dinləmək, naməhrəmlə ünsiyyət və s.) isə haramdır.
Televizora çox baxmaq, aludə olmaq isə insana verilmiş ən dəyərli nemətlərdən biri olan vaxtını səmərəli işlərə sərf etməkdən yayındırır. Həmçinin televizorda yarıçılpaq qadınlara, əxlaqsız filmlərə, falçı və ekstrasenslərin təbliğ olunmasına, dedi-qodu verilişlərinə və s. haram şeylərə baxmaq olmaz.
Uca Allah buyurur: "Mömin kişilərə de ki, (harama baxmayıb) gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini (zinadan) qorusunlar. Bu, onlar üçün daha təmiz olar. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır. Mömin qadınlara da de ki, (harama baxmayıb) gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini (zinadan) qorusunlar". (ən-Nur, 30-31).
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: “...Gözün zinası baxmaqdır...”. (əl-Buxari, 6243).

Teqlər: 
Paylaş: