Kəbədən başqa hansı yerləri ziyarət etmək olar?

    12.07.2014
Sual: 
salam meleykim. kebeden ba$ga hansl yerleri ziyaret etmeliyik.Allah razl olsun.
Cavab: 

Aleykum salam. Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə dediyini rəvayət edir: "Üç məsciddən başqa heç bir yerə ziyarət səfəri etmək olmaz: Məscidül Həram (Kəbə), Peyğəmbərin (salləllahu aleyhi və səlləm) məscidi (Mədinədə yerləşir) və əl-Əqsa məscidi (Qüdsdə yerləşir)". (Səhih əl-Buxari, 1189). 
Axirəti yada salmaq üçün qəbirləri də ziyarət etmək olar. Bu da bir şərtlə ki, orada hər hansısa bir qəbiri xüsusiləşdirib, müqəddəsləşdirməyəsiniz və dinimizə zidd olan əməllər etməyəsiniz. Çünki belə olduqda artıq bidət (dində yenilk) ya Allaha şərik qoşmaq kimi böyük günahlara yol açılır.

Paylaş: