Pis şey fikirləşib amma onu etməsək günah qazanırıq?

    11.07.2014
Sual: 
Salam men sorusmag isteyirem ki insan aglinda dusunduyu ama etmediyi emeller ucun cavabdehlik dasıyır.Yeni bir sey haqqında pis seyler dusunmek gunahdır
Cavab: 

Aleykum salam. İnsan bir günah işi fikirləşib onu həyata keçirmədikcə, günah yazılmr. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Şübhəsiz ki Allah, yaxşılıqlarla pislikləri yazmış, sonra da bunları açıqlamışdır. Bu səbəblə hər kim, bir yaxşılıq etməyə niyyət edər və onu etməzsə, Allah öz qatından ona bir tam savab yazar. Əgər yaxşılığı etməyə niyyət edər və (niyyətinə əməl) etsə, Allah öz qatından ona ondan yeddi yüz qatına qədər, hətta qat qat savab yazar. Kim bir pislik etməyə niyyət edər və onu etməzsə, Allah öz qatından ona bir savab yazar. Əgər o pisliyi etməyə niyyət edər və (niyyətinə əməl) etsə, Allah ona yalnız bir günah yazar". (əl-Buxari, 6010; Muslim, 187). Həmçinin oxuyun: Pis fikirlərdən necə qorunmalıyıq?

Paylaş: