Bilmədən pivə içdim. Günaha batmış sayılırammı?
Aleykum salam. Bilmədən içdim deyəndə nəyi nəzərdə tutursunuz? Əgər başqa içki ilə səhv salıb içmisinizsə, günah qazanmırsınız. Əgər ancaq Ramazan ayında içmirsinizsə, başqa aylarda içirsinizsə, bu günahdır, çünki içki həmişə haramdır.
Uca Allah buyurur: "Səhvən (bilmədən, qəsdisiz) etdiyiniz əməllərə görə sizə heç bir günah yoxdur. Lakin qəlbinizin qəsdlə etdiyi işlərdən ötrü (sizə günah var). Allah Bağışlayandır, Rəhmlidir". (əl-Əhzab, 5).
"Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız! Şübhəsiz ki, Şeytan içki və qumarla aranıza ədavət və kin salmaqdan və namaz qılmaqdan ayırmaq istər. Artıq bu işə son qoyacaqsınızmı?" (əl-Maidə, 90-91).